“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.
Klubdan NUHÇIXAN-a bildirilib ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcəklər. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb.
Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.