“Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb

A- A A+

Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” klubu 2 futbolçu ilə yeni müqavilə imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kristian Avram və İssuf Paro növbəti mövsümdə də komandanın formasını geyinəcəklər. Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: