"Araz-Naxçıvan" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb

A- A A+

"Araz-Naxçıvan" klubu qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: