Naxçıvanda voleybol festivalı keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyun ayının 1-də saat 09:30-da Naxçıvan şəhərindəki Əcəmi seyrangahında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə voleybol festivalı keçiriləcək.

Festival çərçivəsində aşağı yaş qrupu üzrə oğlan və qız komandaları arasında  yarışlar təşkil olunacaq. Festival çərçivəsində Azərbaycan Voleybol Federasiyasının Naxçıvan Filialı tərəfindən 2012-2016-cı il təvəllüdlü, boy və çəki göstəriciləri müvafiq kriteriyalara uyğun gələn oğlan və qız uşaqlarının voleybola cəlb edilməsi üçün seçimlər aparılacaq. 

Festivalda iştirak edən uşaqlara və valideynlərə sertifikatlar, idmançılara formalar, qaliblərə hədiyyələr təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: