Gürcüstanın Bakıdakı səfirliyi Azərbaycanı ölkə yığmasının mini-futbol üzrə dünya çempionatında qələbəsi münasibətilə təbrik edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.
"Gözəl qonşumuz və dostumuz Azərbaycanı minifutbol üzrə dünya çempionatında möhtəşəm qələbə münasibətilə təbrik edirik! Sizə gələcəkdə daha böyük uğurlar və qələbələr arzulayırıq", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycanın milli komandası iyunun 1-də minifutbol üzrə dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək ilk dəfə mundialın qalibi olub.