Namiq Babayev növbəti dəfə ölkə birinciliyinin qalibi olub - FOTOLAR

A- A A+

Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad rayon komandasından məşqçi Əmrah Nağıyev, 3 qız və 1 oğlan atlet təmsil edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, idmançılardan yalnız Namiq mükafatçılar sırasına düşə bilib.  

Təmsilçimiz əvvəlcə 1500 metr məsafəyə qaçış yarışında mübarizə aparıb və gümüş medalçı olub. 3000 metr məsafədə isə 9 dəqiqə 50.69 saniyəlik göstərici ilə finişə hər kəsdən öndə çatan Namiq Babayev qızıl medala sahib çıxıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: