Şenol Günəş futbol üzrə Türkiyə millisinin baş məşqçisi təyin edilib

A- A A+

Şenol Günəş futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi təyin edilib.

NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası 66 yaşlı mütəxəssislə dörd illik müqavilə imzalayıb.

Türkiyə Futbol Federasiyasının açıqlamasında müqavilənin bu il iyunun 1-dən qüvvədə olacağı bildirilib.

Xatırladaq ki, futbol üzrə Türkiyə millisi 2002-ci ildə Şenol Günəşin rəhbərliyi ilə dünya çempionatının bürünc medallarını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: