Naxçıvan kikboksçuları Bakıda keçirilən turnirdə uğurla çıxış ediblər - FOTOLAR
Sərhədçi Olimpiya İdman Mərkəzində “Naxçıvan” İdman Klubunun açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışda Naxçıvanın “Araz” Kikboksinq Klubu baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub. Klubun idmançıları 1 kubok, 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Turnirdə Rüzgar İbrahimli 2012–2013-cü il təvəllüdlülər arasında (32 kq, low-kick) turnirin qala döyüşləri çərçivəsində kuboka layiq görülüb. Polad Həsənli 2010–2011-ci il təvəllüdlülər arasında (45 kq, low-kick) qızıl medal qazanıb.
Ələmdar Nəcəfov 2010–2011-ci il təvəllüdlülər arasında (45 kq, kick-light), Ülvü Əliyev (42 kq “kick-light”) və Araz Cavadlı (42 kq, “low-kick”) isə 2012–2013-cü il təvəllüdlülər arasında gümüş medala sahib çıxıblar. Digər idmançı Mövlan Seyidov 2012–2013-cü il təvəllüdlülər arasında (37 kq, kick-light) bürünc medal qazanıb.