Azərbaycan çempionatının qalibi olan “Möminə Xatun” voleybol komandasının Naxçıvanda qarşılanma mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 16 yaşadək qız voleybolçuların Azərbaycan birinciliyinin qalibi olmaqla Naxçıvan idmanı tarixində ilkə imza atan "Mömünə Xatun" komandasının üzvləri doğma diyarda təntənəli şəkildə qarşılanıblar.

Naxçıvan Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində komandanı dövlət rəsmiləri, idman ictimaiyyəti nümayəndələri, könüllü gənclər, idmançılar və komanda heyətinin yaxınları iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Voleybol Federasiyası Naxçıvan Filialının direktoru Vüqar Əliyev voleybolçuları və məşqçi heyətini möhtəşəm nailiyyət münasibətilə təbrik edib, uğurlar arzulayıblar. Qeyd olunub ki, qazanılan tarixi nailiyyət muxtar respublikada qadın idmanın, ümumilikdə bədən tərbiyəsi və idmanın inkişafına mühüm töhfə, uşaq və yeniyetmələr üçün böyük stimuldur. Tarixi uğur idman sahəsində atılan addımların, voleybolun inkişafı istiqamətində görülən işlərin, gərgin əməyin bəhrəsi kimi qiymətləndirilib. 

Hava Limanından ayrılan heyət daha sonra ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılmış abidəsini ziyarət etməklə dahi şəxsiyyətin xatirəsinə olan ehtiramlarını ifadə ediblər.

13:20

NUHÇIXAN xəbər verir ki, 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi olmuş "Möminə Xatun" komandasının Naxçıvan beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilir. 

Qeyd edək ki, finalda "Azerrail" komandası ilə qarşılaşan təmsilçimiz gərgin keçən oyunda əzmkar qələbə qazanıb. 1-ci seti qalib başa vuran komandamız hesabda 2:1 geriyə düşdüyü oyunu  tay-brekdə çevirərək  3-2 qalib gəlib və voleybol tarixində ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: