KİV: Bellinqem karyerasını Almaniya klubunda davam etdirəcək

A- A A+

İngiltərənin "Sanderlend" klubunun yarımmüdafiəçisi Cob Bellinqem karyerasını Almaniya təmsilçisi "Borussiya"da (Dortmund) davam etdirəcək.

NUHÇIXAN "Bild" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin transferi Bundesliqa kollektivinə 30 milyon avroya başa gələcək.

Qeyd edək ki, Cob Bellinqem İspaniyanın "Real" komandasında çıxış edən Cud Bellinqemin kiçik qardaşıdır. Cob Bellinqem cari mövsüm "Sanderlend"in heyətində 43 oyuna çıxıb və 4 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: