UEFA PSJ klubunu cərimələyəcək

A- A A+

UEFA Fransanın PSJ klubunu cərimələyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Buna Çempionlar Liqasının final matçı zamanı və oyundan sonra Paris təmsilçisinin azarkeşlərinin aqressiv davranışları səbəb olub.

Bundan əlavə, ölkə çempionu qarşılaşmanın keçirildiyi "Münhen Arena"ya dəymiş ziyanı da ödəyəcək. Fanatlar tribunalarda oturacaqlara zərər verməklə yanaşı stadionda qapının torunu kəsiblər və qazon parçalarını qoparıblar.

Qeyd edək ki, PSJ final oyununda İtaliyanın "İnter" komandasını beş cavabsız qolla üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: