Azərbaycanın yeniyetmə ağır atletləri Las-Veqasda səkkizinci dünya çempionatında iştirak edəcəklər

A- A A+

Martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, yarışda 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.

Dünya birinciliyində Azərbaycanı beş cüdoçu - Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq) və Rəhman Kazımov (+102 kq) təmsil edəcək. Komandamızın baş məşqçisi Asif Məmmədovdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: