Fateh Terim “Qalatasaray”la müqaviləsini uzadıb

A- A A+

İstanbulun “Qalatasaray” futbol klubu baş məşqçisi Fateh Terimlə müqaviləni uzadıb.

NUHÇIXAN Türkiyə mətbuatına istinadla xəbər verir ki, 65 yaşlı türkiyəli mütəxəssis İstanbul təmsilçisi ilə 2024-cü ilədək yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, Fateh Terimin illik gəliri 3 milyon avro olacaq.

Mütəxəssis 2017-ci ilin dekabrından “Qalatasaray”ı çalışdırır. Terim 1996-2000-ci, 2002-2004-cü və 2011-2013-cü illərdə “Qalatasaray”a baş məşqçilik edib. O, 2000-ci ildə “Qalatasaray”ın baş məşqçisi olaraq UEFA Avroliqa kubokunu qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: