FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
NUHÇIXAN xəbər verir ki, o, Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq.
Moskvada baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.
Qeyd edək ki, “Lujniki” stadionunda keçiriləcək Rusiya – Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.