Portuqaliya yığması UEFA Millətlər Liqasının final oyununda İspaniya yığmasını məğlub edib.
NUHÇIXAN xəbər verir ki, qarşılaşma Münhendə baş tutub.
Matçın əsas və əlavə vaxtları 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26-cı dəqiqə) və Kriştianu Ronaldu (61) vurub. İspaniya yığmasının heyətində Martin Subimendi (21) və Mikel Oyarsabl (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqiblərini 5:3 hesabı ilə məğlub edib.
Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnirin qalibi olub.