2026-cı ildə təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.
NUHÇIXAN-ın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.
Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.
Qeyd edək ki, 2026-cı ildə "Formula 1" təqvimi yenə 24 mərhələdən ibarət olacaq. Bu il Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.