Azərbaycan millilərinin Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub

A- A A+

17 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandalarının 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub.

NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: