Futbolun İnkişaf Fondu (FİF) UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"UEFA Foundation for Children" ənənəvi olaraq üzv assosiasiyalar tərəfindən namizəd göstərilən qurumları uşaqların müdafiəsi sahəsindəki nümunəvi fəaliyyətlərinə görə təltif edib.
Bu il 1 milyon avroluq mükafat fondu 26 seçilmiş təşkilat arasında bərabər şəkildə bölüşdürüləcək. Futbolun İnkişaf Fondunun da sırasında olduğu qaliblərin hər biri 38 500 avro alacaq.
Qeyd edək ki, FİF 2023-cü ildə də bu mükafata layiq görülüb.