Fransanın PSJ klubu qapıçısı Canluici Donnarumma ilə yollarını ayıra bilər.
NUHÇIXAN "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu 26 yaşlı qolkiperlə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Bu səbəbdən Paris təmsilçisi italiyalını satmağı nəzərdən keçirəcək.
Donnarumma ilə İspaniyanın "Real", İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Qeyd edək ki, qapıçının PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. 2021-ci ildən komandada çıxış edən futbolçu başa çatan mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub. O, bütün turnirlərdə 40 qarşılaşmada meydanda olub, 12 dəfə qapısını toxunulmaz saxlayıb.