FIFA klublararası dünya çempionatında komanda sayının artırılmasını istəyir

A- A A+

FIFA bu yay keçiriləcək klublararası dünya çempionatı uğurlu alınsa, 2029-cu ildə təşkil olunacaq analoji turnirə 48 komandanın qatılmasını istəyir.

NUHÇIXAN "The Guardian"a istinadən xəbər verir ki, ali futbol qurumu bununla bağlı məsləhətləşmələr aparacaq.

Növbəti yarışın formatı və strukturu ilə bağlı danışıqlar məhz builki turnirdən sonra aparılacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Mundialda dünyanın müxtəlif yerlərindən 32 komanda iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: