“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib

A- A A+

“Araz-Naxçıvan” klubu heyətinə daha bir futbolçu cəlb edib.

NUHÇIXAN Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ və sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya" (Münhenqladbax), “Elfersberq”, “Redinqhauzen”, “Kayzerslautern”, “Holştayn" (Kil), Niderlandın “Roda" (Kerkrad) klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi “Osnabruk”da keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləyən, Bar Koeni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: