FIFA “Qətər 2022” üçün tikilən stadionlardan razı qalıb

A- A A+

FIFA-nın Təftiş Komissiyası 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatı üçün stadionların tikintisindən razı qalıb.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, oyunlara ev sahibliyi etməyə hazırlaşan “Əl-Vakra”, “Əl-Beyt” və “Əl-Rayyan” stadionlarının tikintisində irəliləyiş var.

FIFA-dan bildiriblər ki, “Əl-Vakra” və “Əl-Beyt” stadionlarında tikinti işləri yekunlaşır. Bu arenalar 2019-cu ilin ortalarında istifadəyə veriləcək. Bundan əlavə, “Əl-Rayyan” stadionlarının tikintisi ilin sonunadək başa çatacaq.

FIFA müfəttişliyi və qətərli mütəxəssislər qrupu “Əl Vakra”, “Əl Beyt”, “Əl-Rayyan” stadionlarını və istifadəyə verilmiş “Xəlifə Arena”nı ziyarət edib.

Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və yenidən qurulacaq.

XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: