"Mançester Siti" Premyer Liqanın reqlamentini pozduğuna görə cərimələnib

A- A A+

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqa matçlarının vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı reqlamenti pozduğuna görə cərimələnib.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, qayda pozuntuları 2024/2025 mövsümündə 9 oyunda baş verib.

Bunlar "Sauthempton", "Tottenhem", "Nottingem Forest", "Mançester Yunayted", "Vest Hem", "Nyukasl"la ev, "Kristal Pelas", "Aston Villa" və "İpsviç"lə səfər görüşləridir. Maksimum gecikmə 2 dəqiqə 22 saniyə olub.

Cərimə 1,08 milyon funt-sterlinq təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: