UEFA “Qarabağ”ın Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə pul ayırıb.
Bu barədə NUHÇIXAN-a AFFA-dan məlumat verilib.
Avropa futbol qurumu tərəfindən ayrılmış 753 608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.