Robert Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib

A- A A+

İspaniyanın "Barselona" komandasının futbolçusu Robert Levandovski gələcək karyerası barədə qərar verib.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin sonuna kimi Kataloniya təmsilçisində qalacaq.

Polşalı forvard bundan sonra isə karyerasını Səudiyyə Ərəbistanı klublarının birində davam etdirəcək. Onun artıq adı açıqlanmayan ərəb klubu ilə razılığa gəldiyi iddia olunur.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: