Velosiped idman növü üzrə Babək rayon birinciliyi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunda velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib. 

“5 Mart-bədən tərbiyəsi və idman günü”nə həsr olunan birincilikdə 20 məktəbli iştirak edib. Məktəblilər Naxçıvan-Ordubad magistral yolundan Babək qəsəbəsi istiqamətindəki Heydər Əliyev prospekti boyunca hərəkət etməklə finişədək olan 3 kilometrlik yolu başa vurublar. Gərgin mübarizə şəraitində keçən yarışda Babək qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri Məhərrəm Vəliyev, Yaqub Hacıyev və Yadulla Babayev ardıcıl olaraq ilk üç yerin qalibi olublar.

Qaliblər təşkilatçıların diplom və hədiyyələri ilə təltif ediliblər.

Yarış Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın rayon bölməsinin təşkilatçılığı ilə keçirilib.                         

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: