Klublararası dünya çempionatı: 1/8 finala vəsiqə qazanan 14 komanda bəlli olub

A- A A+

ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/8 finala vəsiqə qazanan 14 komanda bəlli olub.

NUHÇIXAN-ın məlumatına görə,"İnter Mayami" (ABŞ), "Flamenqo, "Palmeyras", "Botafoqo", "Fluminense" (hamısı Braziliya), PSJ (Fransa), "Çelsi", "Mançester Siti" (hər ikisi İngiltərə), "Yuventus", "İnter" (hər ikisi İtaliya), "Benfika" (Portuqaliya), "Borussiya" (Dortmund), "Bavariya" (hər ikisi Almaniya) və "Monterrey" pley-offda iştirakı təmin ediblər.

Bu raunda yüksələn sonuncu iki klub H qrupunun oyunlarından sonra bəlli olacaq. "Real" (İspaniya) və “Zaltsburq”un (Avstriya) 4, "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) 2 xalı var. Qrup sonuncu “Paçuka"nın (Meksika) xalı yoxdur.

Qeyd edək ki, dünya çempionatı iyulun 13-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: