Ordubad şəhərində gənclərin “VI Art Battle” rəsm müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə Ordubad şəhərində gənclərin “VI Art Battle” rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışmada onlayn qeydiyyatdan keçmiş gənclər öz bacarıqlarını nümayiş etdiriblər.
Nazirlik tərəfindən lazımi rəsm ləvazimatları ilə təmin olunan iştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq Naxçıvanın tarixini, mədəniyyətini və ya təbiətini özündə təcəssüm etdirən rəsmlər çəkiblər.
Nəticələrə gəlincə, İnci Qənbərovanın yaradıcı işi münsif heyəti tərəfindən 1-ci yerə layiq görülüb. Səadət Həziyeva 2-ci, Nuray Qasımova isə 3-cü olub. Adıçəkilən gənclərə diplom və hədiyyələr, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.
Ənənəvi müsabiqə gənclərin yaradıcılıq imkanlarının yüksəldilməsi, potensiallarının qiymətləndirilməsi və stimullaşdırıcı məqsədlərə xidmət edib.