“Araz-Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirib

A- A A+

Klubdan NUHÇIXAN-a verilən məlumata görə, fransalı yarımmüdafiəçi Hamidu Keyta ilə 2026-cı il mayın 31-dək müqavilə imzalanıb.

31 yaşlı oyunçu ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. O, azərbaycanlı azarkeşlərə də yaxından tanışdır. Belə ki, Keyta Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya təmsilçilərinin də heyətində yer alıb.

Qeyd edək ki, buna qədər İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: