Naxçıvan idmançısı Aminə Novruzzadə Azərbaycan çempionu olub - FOTOLAR
Bakı şəhərində - Sərhədçi Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadetlər, yeniyetmələr və gənclər arasında XXIX Azərbaycan birinciliyi keçirilib. Üç gün davam edən yarışda 93 klubdan 819 idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından yarışa qatılan idmançılardan yalnız biri mükafatçılar sırasına düşüb. Belə ki, məşqçi Etibar Qəribovun rəhbərliyi ilə “Ləvənt” Döyüş Klubunun heyətində 56 kq çəki dərəcəsində çıxış edən Aminə Novruzzadə keçirdiyi üç görüşün hər birində tam üstünlüklə qələbə qazanaraq qızıl medala sahib çıxıb.