Paralimpiyaçılar qol güləşi üzrə güclərini sınayıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, məhdud fiziki imkanlı şəxslər arasında qol güləşi üzrə  Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan birincilik 5 mart “Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunub.

Məhdud fiziki imkanlı şəxslər arasında qol güləşi idman növünü inkişaf etdirmək məqsədi daşıyan yarışda 2 çəki dərəcəsində 23 idmançı mübarizə aparıb. Nəticələrə gəlincə, 75 kq çəki dərəcəsində Zamin Hacıyev I, Vüsal Mövsümlü II, Nihad Zeynalzadə isə III yerə layiq görülüb. 75 kq-dan yuxarı çəki dərəcəsində isə Telman Şirinov I, Kərəm Həmzəyev II, Allahverdi Məmmədov isə III yerin sahibi olub.

Sonda yer tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya federasiyasının sədri Nicat Babayev diplom və hədiyyələr təqdim edib.

                                                                              Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: