"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

A- A A+

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" futzal komandasının oyunlarının təqvimi açıqlanıb.

NUHÇIXAN Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin ilkin mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisi ilk matçını Şimali İrlandiyanın "Sparta" klubuna qarşı keçirəcək.

27 avqust

19:00. "Araz-Naxçıvan" – "Sparta" (Şimali İrlandiya)

28 avqust

19:00. PYF (Şotlandiya) – "Araz-Naxçıvan"

30 avqust

21:30. "Ljuti" (Avstriya) – "Araz-Naxçıvan"

Qeyd edək ki, bu qrupun oyunları Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: