"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib

A- A A+

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”u 14:0 hesabı ilə məğlub edib.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Koen vurublar.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: