UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” oyununun hakimləri müəyyənləşib

A- A A+

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və Xorvatiyanın "Hayduk” komandaları arasında Bakıda keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab görüşü isə 31-də Spilitdə gerçəkləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: