Naxçıvanlı şahmatçı Yasin Əzimov Ustalığa namizəd dərəcəsi alıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının istedadlı şahmatçısı Yasin Əzimov növbəti uğura imza atıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən Yasin Əzimova CM – Candidate Master (Ustalığa Namizəd) dərəcəsi verilib. Bu nailiyyət Naxçıvan şahmat tarixi üçün əlamətdar hadisədir, çünki gənc şahmatçı bu titulu cəmi 11 yaşında qazanıb.

Hazırda FIDE reytinqi 2058 olan Yasin Əzimov son illərdə həm yerli, həm də beynəlxalq turnirlərdə qazandığı bir sıra mühüm uğurlarla yadda qalıb. Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olan Yasin 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatında (9 yaşlı oğlanlar arasında) çempionu kimi yüksək nailiyyət əldə edib.

Məlumat üçün bildirək ki, bu zamanadək Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd,  1 beynəlxalq hakim, 2 FIDE hakim rəsmi dərəcə sahibləri kimi qeydiyyata alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: