“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır

A- A A+

İspaniyanın “Real Madrid” komandası üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

NUHÇIXAN İspaniya mətbuatına istinadən xəbər verir ki, klublararası dünya çempionatında mübarizəni yarımfinal mərhələsində dayandıran “kral klubu” qapıçı Andrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqonu transferə çıxarmaq istəyir.

İddiaya görə, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso həmin oyunçuların satılmasına qarşı deyil. Çünki ispaniyalı mütəxəssis onların komandaya xeyir verə biləcəklərini düşünmür.

Əvəzində isə X. Alonso heyətə yeni müdafiəçinin cəlb olunmasında maraqlıdır. Müdafiə xəttindəki boşluqlar baş məşqçini ciddi şəkildə narahat edir.

Qeyd edək ki, klublararası dünya çempionatında Andrey Lunin və Dani Sebalyos heç bir oyunda meydana çıxmayıb. Rodriqo isə cəmi bir matçda start heyətində yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: