Messi MLS-in rekordunu yeniləyib

A- A A+

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda dubl edib.

NUHÇIXAN-ın məlumatına görə, Messi MLS-də ardıcıl 5-ci matçında iki qol vurub.

O, bu göstərici üzrə turnirin rekordunu müəyyən edib.

Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyunda fərqlənib.

MLS tarixində buna yalnız 2018-ci ildə "Atlanta"da çıxış edən venesuelalı hücumçu Xosef Martines nail olub.

Messinin cari MLS mövsümündə 16 oyunda 16 qolu var. O, bombardirlər siyahısında "Neşvill"in ingilis hücumçusu Sem Sörric ilə birinci yeri bölüşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: