UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “8-ci km stadionu” ("Bakcell Arena") və Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarından ala bilərlər.