“Media-aktiv”də bütün mükafatçılar bəlli olub - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə həyata keçiridiyi “Media-aktiv” layihəsinin icrası yekunlaşmaq üzrədir. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 15-i layihə çərçivəsində sonuncu yarışma – futzal üzrə yoldaşlıq görüşü təşkil olunub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində “NTV” və “Media Team” komandaları qarşı-qarşıya gəlib. Maraqlı idman mübarizəsində qalib gələn tərəf 5:2-lik nəticə ilə “Media Team” olub.

“Media-aktiv”in mükafatlandırma mərasimi iyulun 21-i Naxçıvan şəhərində keçiriləcək. Futzal görüşünün qalibi, o cümlədən layihə çərçivəsində fərqlənən işirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar. 

Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: