“Araz-Naxçıvan”ın əvəzedici komandası yeni mövsümə hazırlıq məqsədi ilə 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
NUHÇIXAN xəbər verir ki, bölgə təmsilçisi ilk olaraq iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” ilə gücünü sınayacaq.
"Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi-2”yə qarşı keçirəcək.