Luis Dias "Liverpul" rəhbərliyinə klubdan ayrılmaq istədiyini bildirib

A- A A+

"Liverpul"un vingeri Luis Dias komandadan ayrılmaq istəyir.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu klub rəhbərliyindən satılmasını xahiş edib.

Bu, "Liverpul"un oyunçu üçün "Bavariya"nın transfer təklifini rədd etməsindən sonra baş verib. Münhen klubu Diasa görə 67,5 milyon avro ödəməyə hazır olsa da, İngiltərə klubunu bu təklif qane etməyib.

Qeyd edək ki, ötən mövsüm Luis Dias Mersisayd təmsilçisinin heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: