İspaniyanın “Real Madrid” klubu futbolçusu Lukas Vaskeslə vidalaşıb.
NUHÇIXAN Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı oyunçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
İspaniya millisinin üzvü olmuş Vasqes 2015-ci ildən “kral klubu”nun əsas heyətində çıxış edirdi.
Qeyd edək ki, o, 10 mövsüm ərzində “Real Madrid”in heyətində 23 titul qazanıb.