NUHÇIXAN xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” sonuncu yoxlama matçında qələbə qazanıb.
Komanda Türkiyə Superliqasının aparıcı klublarından "Trabzonspor"la qarşılaşıb.
Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.