Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub

A- A A+

Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Milli Paralimpiya Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, paratekvando üzrə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva Azərbaycan bayrağını daşıyacaqlar.

Qeyd edək ki, açılış mərasimi iyulun 24-də, Cebeci İdman Kompleksində keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: