Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
NUHÇIXAN xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olacaq.
Kişineudakı “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
24 iyul
“Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan)
Zimbru stadionu. Saat 21:00
Baş hakim: Qal Leybovitz
Baş hakimin köməkçiləri: Omer Barbiro, Yossi Babayoff
Dördüncü hakim: Dekel Zino