Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək

A- A A+

Martın 6-da UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Fransada “Paris Sen Jermen” – “Mançester Yunayted”, Portuqaliyada isə “Portu” – “Roma” matçları baş tutacaq.

Parislilər İngiltərədə “qırmızı şeytanlar”ı Presnel Kimpembe və Kilian Mbappenin qolları ilə məğlub edib – 2:0. Üstəlik, hazırda “Mançester Yunayted”in heyətlə bağlı ciddi problemləri var. Pol Poqba cəzalı, Xuan Mata, Ander Errera, Antonio Valensiya, Cessi Linqard və Nemanya Matiç zədəlidir.

“Paris Sen Jermen”də isə Neymar zədəlidir, Stenli Nsoki və Edinson Kavaninin meydana çıxıb-çıxmayacağı sual altındadır.

Xatırladaq ki, “Roma” öz meydanında “Portu”ya 2:1 hesabı ilə qalib gəlib. “Canavarlar”ın heyətində Nikolo Dzanyolo dubl edib, rəqib komandanın heyətində isə Adrian Lopez fərqlənib.

“Portu” – “Roma” oyunu İdman Azərbaycan, “Paris Sen Jermen” – “Mançester Yunayted” qarşılaşması isə “CBC Sport” kanallarında canlı yayımlanacaq.

Səkkizdəbir final mərhələsinin dünən keçirilən ilk oyunlarında “Real Madrid” öz meydanında “Ayaks”a (1:4), “Borussiya Dortmund” isə “Tottenhem”ə (0:1) məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: