PSJ-nin baş məşqçisi beş futbolçunu əvəzedici komandaya göndərib

A- A A+

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike beş futbolçunu əvəzedici komandaya göndərib.

NUHÇIXAN "Le Parisien"ə istinadən xəbər verir ki, Nordi Mukiele, Milan Şkrinyar, Marko Asensio və Karlos Soler və Randal Kolo-Muani gənclərdən ibarət komandada məşq edəcək.

L.Enrikenin bu futbolçuların heç birinə güvənmədiyi və "transfer pəncərəsi"nin sonuna qədər onların satılmasını istədiyi bildirlib.

Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə Liqa 1-in qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: