Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kiloqram) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kiloqram) də 1/4 finala vəsiqə əldə edib.