Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışları davam edir.
Milli Olimpiya Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışlarında Azərbaycanı təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışla yadda qalıblar. Komanda üzvlərimiz 53 xalla final mərhələsinə vəsiqə qazanıblar. Komanda bu nəticə ilə həm də Avropa rekordunun müəllifi olub.