"Neftçi"nin yunan klubu ilə yoxlama oyunu baş tutmayıb

A- A A+

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras” (Yunanıstan) ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.

NUHÇIXAN xəbər verir ki, Keltse şəhərindəki "Pilkarski" stadionunda təşkili planlaşdırılan qarşılaşma güclü leysan səbəbindən təxirə salınıb.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: